Bu gün Çinin bütün dünya ölkələrini ucuz və rəqabətədavamlı mallarla təmin etdiyi bir ölkə olduğunu nəzərə alsaq, Çindən və Cənub-Şərqi Asiya ölkələrindən yük daşımalarının lojistik biznesdə ən tələb olunan istiqamətlərdən biri olduğu şübhəsizdir. Cənub-Şərqi Asiya ölkələrinə Koreya, Hindistan,Yaponiya, Vyetnam, Tayvan, Honq-Konq daxildir. Ticarət əlaqələrinin genişlənməsi Cin və Cənub-Şərqi Asiya ölkələrindən Azərbaycana və regionun digər ölkələrinə yük daşımalarına ehtiyac doğurur. «AZTRANSLINE» şirkəti yüklərin vaxtında və etibarlı şəkildə Çindən və Cənub-Şərqi Asiya ölkələrindən Azərbaycana çatdırılmasını təmin edir. Çindən və Cənub-Şərqi Asiya ölkələrindən yüklərin ünvana çatdırılması hava yolu, avtomobil nəqliyyatı və multimodal daşımalar və konteyner daşımaları vasitəsilə həyata keçirilir.
Çindən hava yolu ilə yükdaşımaları ən az tələb olunan vasitələrdəndir. Beləki, yüklərin hava yolu ilə daşınması başqa növ yükdaşımalara nisbətən daha bahalı növ hesab olunur. Lakin istisna hallarda, məsələn, yükün tez və qısa müddətdə çatdırılması lazım olduqda hava yolu ilə yükdaşımalarından istifadə oluna bilər.
Standart ölçülü dəniz konteynerlərinə yerləşməyən qeyri-qabarit yüklərin qısa müddətdə daşınması lazım olduqda avtomobil nəqliyyatı ilə daşınmalara üstünlük verilir. Bu növ yükdaşımalarının standart marşrutu Xorqos sərhəd məntəqəsinə kimi avtomobil və ya dəmir yolu ilə , sonra Qazaxstana avtoqoşqu ilə çatdırılmadır.
Çindən və Cənub-Şərqi Asiya ölkələrindən yükdaşımalarında ən çox tələb olunan daşıma növü multimodal daşımaların konteynerlərlə daşınmasıdır. Bu daşımalar zamanı konteyner yükü göndərən ölkənin limanından yükün çatdırılacağı ölkəyə ən yaxın limana dəniz nəqliyyatı vasitəsilə göndərilir və oradan avtomobil və ya dəmir yolu vasitəsilə sifarişçinin ünvanına çatdırılır. «AZTRANSLINE» konteyner daşımalarını "Qapıdan qapıya qədər" prinsipi üzrə həyata keçirir.
Beynəlxalq daşımaların bu sxemlə yerinə yetirilməsi Sizi daşımanın təşkili, daşıma prosesi iştirakçıların koordinasiyası, gömrük və liman prosedurlarının təşkili ilə əlaqədar olan bütün problemlərdən azad edir. Konteynerərin Azərbaycana gətirilməsində biz Fars körfəzində yerləşən dəniz limanlarından –İranda (Bəndər Abbas və başqaları), Gürcüstan və Türkiyədə Qara dəniz akvatoriyasındakı limanlardan (Poti, Batumi və Samsun) istifadə edirik. "AZTRANSLINE" şirkəti yüklərin çatdırılması məsələsi ilə əlaqədar dünyanın istənilən limanlarını keçərək, dəniz və yerüstü nəqliyyat növlərini birləşdirərək, konteynerlərdə yüklərin daşımalarını həyata keçirir. Daşınma prosesi zamanı istənilən ölkədən 20 və 40 fut konteynerlərdə yüklərin daşınması üçün rəqabətə davamlı tariflər təklif edirik. Baltik dənizi, Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi və Fars körfəzi akvatoriyalarının dəniz limanlarında qarşılıqlı əlaqələr mexanizmi yaradılmışdır. Şirkətimizin daimi partnyorları arasında dəniz yolu vasitəsilə konteyner daşıyıcıları kimi tanınan Maersk Line, MSC, Evergreen kimi aparıcı şirkətlər də mövcuddur.
«AZTRANSLINE» "Qapıdan qapıya qədər" prinsipi ilə konteynerlərdə yüklərin çatdırılmasını həyata keçirir. Belə sxem üzrə beynəlxalq daşımanın yerinə yetirilməsi Sizi daşımanın təşkili, daşıma prosesi iştirakçıların koordinasiyası, gömrük və liman prosedurlarının təşkili ilə əlaqədar olan bütün problemlərdən azad edir. Bizim agentlər konteynerləri qəbul edərək rüsumların ödənməsi, liman xərcləri və bu kimi digər əməliyyatları həyata keçirir, konteynerlərin avtokonteyner daşıyıcılarına və ya dəmir yol platformalarına yüklənməsi və bununla bağlı sənədləşmələri yerinə yetirir. Konteynerlərin çatdırılması və qaytarılması nəzərdə tutulmadıqda biz yükün avtofurqon və ya dəmir yol vaqonlarına yüklənməsini və lazımi gömrük sənədləşməsini yerinə yetirə bilirik. Biz həmçinin yüklərin Azərbaycandan Çinə və Cənub-Şərqi Asiya ölkələrinə daşınmasını təşkil edirik.
Yüklərin Çindən və Cənub-Şərqi Asiya ölkələrindən etibarlı şəkildə çatdırılması şirkətin 10 illik təcrübə və yüksək peşəkarlığa malik əməkdaşları tərəfindən aparılır. Yüklərin daşınmasını bizdə sifariş edərək, Siz başqa işlərlə məşğul ola bilər və sifarişinizə görə rahat ola bilərsiniz.
«AZTRANSLINE» məmnuniyyətlə Sizə yükünüzün Çin və Cənub-Şərqi Asiya ölkələrindən Azərbaycana gətirilməsinə kömək edər!