Konteyner – multimodal daşımalar

Konteyner daşımaları – transkontinental əlaqələrdə istifadə olunan yük daşınmalarının ən əlverişli növlərindən biridir. Qarışıq və yaxud, belə demək olarsa, multimodal daşımaların  konteynerlər vasitəsilə həyata keçirilməsi yüklərin daşınması, saxlanılması və boşaldılıb yüklənməsi ilə əlaqədar olan xərcləri azaltmağa imkan yaratdığı üçün daha effektli hesab olunur. İdxal və ixracla məşğul olan  ölkələrin yük daşımalarının əhəmiyyətli hissəsini dəniz nəqliyyatı ilə konteyner daşımaları təşkil edir və bu nəqliyyat növü Cənub-Şərqi Asiya və Amerika ölkələrinə və bu ölkələrindən digər kontinentlərə yüklərin çatdırılması zamanı əvəzedilməzdir.

 "AZTRANSLINE" şirkəti yüklərin çatdırılması məsələsi ilə əlaqədar dünyanın istənilən limanlarını keçərək, dəniz və yerüstü nəqliyyat növlərini birləşdirərək, konteynerlərdə yüklərin multimodal daşımalarını həyata keçirir. Daşınma prosesi zamanı istənilən ölkədən 20 və 40 fut konteynerlərdə yüklərin daşınması üçün rəqabətə davamlı tariflər təklif edirik. Baltik dənizi, Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi və Fars körfəzi akvatoriyalarının dəniz limanlarında qarşılıqlı əlaqələr mexanizmi yaradılmışdır. Şirkətimizin daimi partnyorları arasında dəniz yolu vasitəsilə konteyner   daşıyıcıları kimi tanınan  Maersk Line, MSC, Evergreen kimi aparıcı şirkətlər də mövcuddur.

"AZTRANSLINE" "Qapıdan qapıya qədər" prinsipi ilə konteynerlərdə yüklərin çatdırılmasını həyata keçirir. Belə sxem üzrə beynəlxalq daşımanın yerinə yetirilməsi Sizi daşımanın təşkili, daşıma prosesi iştirakçıların koordinasiyası, gömrük və liman prosedurlarının təşkili ilə əlaqədar olan bütün problemlərdən azad edir.

Biz beynəlxalq daşımaların həyata keçirilməsi üçün bütün öhdəlikləri öz üzərimizə götürürük:

— yükləmə üçün konteynerin verilməsi;

— limanlarda bütün liman və gömrük prosedurlarının təşkili, gömrük sənədləri və yükü müşaiyyət edən sənədlərin rəsmiləşdirilməsi;

— dəniz daşımasının təşkili;

— yüklərin boşaldılması üçün konteynerin verilməsi və daşınması;

— boş konteynerin limana qaytarılması.

Dəniz konteyner daşımalarının üstünlükləri:

— daşınma qiymətinin aşağı olması;

— daha çox yük partiyalarının daşınması.

Dəniz konteyner daşımalarının çatmamazlıqları:

— daşınma sürətinin məhdud olduğu üçün limandan gəmilərin çıxış qrafikinə riayət etmə zərurəti;

— yüklərin daşınması üçün konteyner növlərinın məhdudiyyəti;

— limandan  buraxılmanın hava şəraitindən asılılığı.