"AZTRANSLINE" şirkəti

Yüklərin göndərilməsi və çatdırılması - Azərbaycan, Gürcüstan, Türkiyə, İran, Türkmənistan

Свидетельство компанииAzərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçən «AZTRANSLINE» nəqliyyat-ekspedisiya şirkəti məsafədən və yerləşdiyi yerdən asılı olmayaraq, bütün nəqliyyat növləri ilə (avtomobil, dəmir yolu, hava, dəniz) beynəlxalq daşımalar üzrə bütün xidmət növlərini təklif edir.

«AZTRANSLINE» şirkəti nəqliyyat layihələrini həyata keçirən zaman qarşısına yüksək operativliyə və etibara nail olmaq məqsədini qoymuşdur. 2012-ci ildə qeydiyyatdan keçən şirkətin gənc olmasına baxmayaraq, burada "M&M" və "A-TRANS" kimi tanınmış nəqliyyat şirkətlərində iş təcrübəsi olan keçmiş peşəkarlar cəmlənmişdir. Yükün daşınma müddəti ərzində bizim təcrübəli personal daim yükün hərəkətinə  nəzarət edir və hər an müştəriyə yükün statusu və onun yerləşdiyi yer haqqında məlumat verir. Yüklərin çatdırılması üzrə xidmətlərin çevik sistemi bizə hər bir müştəri üçün ən optimal qərarların verilməsinə nail olmağa imkan yaradır. Yaradılmasından az bir müddət keçməsinə baxmayaraq, bizim şirkət müxtəlif avadanlıqların, texnikanın, elektronikanın, mebelin, tikinti materiallarının, xalq istehlak mallarının, yeyinti məhsullarının, meyvə və tərəvəzlərin daşınmasında istisna təcrübəyə malikdir.

«AZTRANSLINE» – Sizə təkcə yüklərin daşınmasının təşkilində deyil, həmçinin lazımi sənədləri tərtib etməkdə də kömək göstərir. Ekspeditorların beynəlxalq qanunvericiliyin tələblərini və müxtəlif ölkələrdə yükü müşaiyət edən sənədlərə və gömrük prosedurlarına olan tələbləri yaxşı bilmələri sənədlərin düzgün doldurulmasına və gömrük rəsmilədirilməsi zamanı qarşıya çıxacaq  problemləri həll etməyə imkan yaradır.

Setrifikat

 

«AZTRANSLINE» Azərbaycanın, Rusiyanın, Ukraynanın, Belarusiyanın, Gürcüstanın, Moldovanın, Polşanın, Türkiyənin, İranın və digər ölkələrin aparıcı yük daşıma şirkətləri  ilə uzunmüddətli əməkdaşlığın  təşkilinə böyük diqqət yetirir. Şirkətimiz həm böyük, həm də kiçik həcmli yüklərin daşınmasını həyata keçirir. Almaniyada, Polşada, Çexiyada və Türkiyədə yerləşən və kiçik partiyalı yüklərin daşınması üçün nəzərdə tutulan müasir standartlara uyğun təchiz olunmuş anbarlarımız  istənilən istiqamətlərdə yüklərin mərkəzləşdirilmiş yığım və göndərilməsini (groupage cargo) həyata keçirməyə imkan yaradır. Bundan başqa, hər həftə Rusiya və Ukraynada  kiçik partiyalı yüklərin yığımı təşkil olunur. Şirkətimiz konteyner və yaxud multimodal daşımaların həyata keçirilməsi üçün Baltik dənizi, Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi və Fars körfəzi akvatoriyalarında nümayəndəliklərə malik olan aparıcı dəniz daşımaları şirkətləri  ilə qarşılıqlı əlaqələr mexanizmi yaratmışdır.

«AZTRANSLINE» şirkəti əldə etdiyi müvəffəqiyyətlərlə kifayətlənmir və zamanla ayaqlaşaraq nəqliyyat biznesinin inkişafında bütün dəyişikliklərə diqqətlə  yanaşır, özü üçün yeni daşıma marşrutları işləyib hazırlayır,  beynəlxalq yük daşımaları sferasında inkişaf tempinə uyğun iş təşkilinin yeni üsullarını mənimsəməyə çalışır.

«AZTRANSLINE» məmnuniyyətlə Sizə və Sizin biznesinizə kömək etməyə hazırdır!