Hava – avia daşımaları

Bizim şirkətin mütəxəssisləri Sizin eksport və yaxud import yükünüzün ölkədən və əksinə - təyinat ölkəsinə vaxtında nəqlini keyfiyyətli və minimal xərclə həyata keçirir. Bizim nümayəndələrimiz yükünüzü bilavasitə Sizin anbarınızda, həmçinin müxtəlif ölkələrin beynəlxalq aeroportlarında qəbul edə bilərlər. Zəruri olarsa, biz bütün gömrük və daşınma sənədlərini tərtib edə bilərik.

Avia daşımalar bir sıra üstünlüklərə malikdir:

Aviadaşımaların üstünlükləri:

çatdırılmanın yüksək sürəti;

etibarlılıq və təhlükəsizlik;

kiçik yüklərin aşağı qiymətlə daşınması;

yükü digər nəqliyyat növü ilə çatdırıla bilməyən bir nöqtəyə çatdırmaq imkanı;

Avia daşımaların çatmamazlıqları:

təhlükəli yüklərin daşınmasına qadağalar;

yüklərin qabaritinə görə məhdudiyyətlər.